Milli Depozit Mərkəzinin əməliyyat gəlirləri kəskin azalıb | Banco.az

Milli Depozit Mərkəzinin əməliyyat gəlirləri kəskin azalıb

Azərbaycanın mərkəzi depozitarı olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxs Milli Depozit Mərkəzi (MDM) 2018-ci li 170 min manat xalis mənfəət ilə başa vurub. MDM 2017-ci ili 169 min manat xalis mənfəət ilə bağlamışdı.

2017-ci ildə əməliyyat gəlirləri 3 milyon 672 min manat ikən, 2018-ci ildə 2 milyon 597 min manata düşüb (1 milyon 57 min manat və ya 29,3% azalma).

Ötən il MDM-nin əməliyyat xərcləri 2 milyon 532 min manat təşkil etdiyindən 65 min manat əməliyyat mənfəəti qalıb. Mərkəz 169 min manat maliyyə gəlirləri daxil cəmi mənfəəti 233 min manata yüksəlib. Mənfəətdən 63 min manat vergi ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

MDM-in üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlarıdır. MDM-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

Depozitar fəaliyyəti, Klirinq fəaliyyəti, Milli Nömrələyici Agentlik, Reyestrsaxlayıcı fəaliyyəti, Sərəncamçı xidmətinin göstərilməsi, Ödəniş Agenti xidməti

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et