Milli Depozit Mərkəzi (MDM) informasiya sistemləri üçün yeni nəsil təhlükəsizlik sisteminin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 21-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 29-u, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi dekabrın 30-da, saat 12:00-da portalda açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!