Mil kartı almaq kimlərə sərf edər? - ARAŞDIRMA | Banco.az

Mil kartı almaq kimlərə sərf edər? - ARAŞDIRMA

Təyyarə bileti almağın yollarından biri də, mil kartlardan birinə sahib olmaqdır. Belə kart vasitəsilə edilən ödənişlər millər qazandırır və toplanan millər təyyarə biletinə dəyişdirilir.

Azərbaycanda mil kartları təklif edən bankların sayı artır. Hazırda banklardan “Premium Bank”  “AZAL Miles” kartlarını, “Unibank” “Unimiles” kartını, “KapitalBank” “BirKart Miles” kartını və “PAŞA Bank” "Turkish Airlines Miles&Smiles" kartlarını müştərilərə təklif edir. “PAŞA Bank” və “Premium Bank” mil kartları hava yolları şirkətilə birgə layihə çərçivəsində təklif edirlər.

 

MİL KARTLARI VƏ QİYMƏTLƏRİ

İlk növbədə kartların qiymətlərindən başlayaq. Mil kartların qiymətləri kartın müddətinə, növünə və təqdim etdiyi imkanlara görə dəyişir.

Bazarda ən ucuz debet mil kart “Premium Bank”, ən baha mil kart isə PAŞA Bank tərəfindən təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Premium Bank”ın təklif etdiyi “AZAL Miles” fəqrli sayda millər qazandıran "Standard", "Gold" və “Premium” versiyalardadır. "Standard" versiya mil kartlar 40 və 50 manata, "Gold" mil kartlar 100 və 120 manata, “Premium” mil kartlar isə 200 və 250 manatadır. Kartlar 2 illik və 3 illikdir.

“Unibank”ın təklif etdiyi “Unimiles” kartının qiyməti 100 manatdır.

“KapitalBank”ın təklif etdiyi “BirKart Miles” kartı da bir versiyadadır və qiyməti 80 manatdır. “BirKart Miles”ı taksit kartı olaraq da almaq olar. Lakin kartın debet və ya taksit kartı olması millərin hesablanmasına təsir etmir.

“PAŞA Bank Miles&Smiles”  2 növdədir: Qiyməti 250 manat olan “Black Edition” və  qiyməti 600 manat olan “World Elite”. Daha sürətli mil toplamaq istəyirsinizsə “World Elite” kartını əldə edə bilərsiniz.

Qeyd edək ki, kartın qiymətinin aşağı olması həmin mil kartı almaq üçün əsas şərt deyil. Bahalı kartlar həm çox mil qazandırır, həm də əlavə imkanlar və imtiyazlar təqdim edir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et