Mikromaliyyə təşkilatları Mərkəzi Bankdan vəsait cəlb etmək niyyətindədir | Banco.az

Mikromaliyyə təşkilatları Mərkəzi Bankdan vəsait cəlb etmək niyyətindədir

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) mikromaliyyə təşkilatlarına maliyyə resursların yönəldilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

Ən sərfəli kredit üçün müraciət et

S. Kələşovun sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına maliyyə resursu ayırdığı kimi bank olmayan kredit təşkilatlarına (BOKT) da ayırmalıdır: "Çünki, bank olmayan kredit təşkilatlarının depozit və əmanət cəlb etmək hüququ yoxdur. Mərkəzi Bank da BOKT-lara bu səbəbdən resurs ayıra bilər. O zaman kredit faizlərinin aşağı düşməsinə nail olmaq olar", - deyə S. Kələşov bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et