Mikro sahibkarlıq subyektlərində güzəştlər | Banco.az

Mikro sahibkarlıq subyektlərində güzəştlər

Mikro sahibkarlıq subyekti əvvəlki il üzrə illik gəliri 180.000 manata, işçilərinin orta siyahı sayı isə 9 nəfərə qədər olan müəssisədir. Müəssisənin əvvəlki il üzrə balansında qalıq dəyəri 2 milyon manat olan avadanlıq mövcuddur. Bu halda mikro sahibkarlıq subyektlərinə tətbiq edilən güzəştlər cari ildə bu müəssisəyə şamil olunurmu?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan mikro sahibkarlıq subyektlərinin əmlak vergisini ödəməkdən azad olunması istisna edilib. Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olduğu halda həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, müəssisənizin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1.000.000 manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma bu müəssisəyə şamil olunmur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et