MicroStrategy 250 milyon dollarlıq bitcoin aldı | Banco.az

MicroStrategy 250 milyon dollarlıq bitcoin aldı

Dünyanın ən böyük müstəqil biznes-analitika şirkəti MicroStrategy bitcoin-i əsas ehtiyat aktivi kimi qəbul etdi. MicroStrategy avqustun 11-i 250 milyon dollar dəyərində 21.454 BTC satın aldığını təsdiqlədi. Biznes analitikası sahəsində lider olan MicroStrategy texnologiya meyllərini proqnozlaşdıran 30 illik tarixə malikdir və analitika üzrə proqram təminatı sektorunda ilk şirkətlərdən biridir.

MicroStrategy-in icraçı direktoru Michael J. Saylor: “Bitcoin-ə edilən investisiyamız səhmdarlarımız üçün uzunmüddətli dəyər artırmağı hədəfləyən yeni kapital bölgüsü strategiyamızın bir hissəsidir. Bu investisiya dünyada ən çox istifadə edilən bitcoin-in cəlbedici investisiya aktivi və etibarlı yığım vasitəsi olduğuna inamımızı əks etdirir. Bitcoin – rəqəmsal qızıldır, lakin adi pullardan puldan daha mürəkkəb, daha sürətli və daha ağıllıdır. Texnologiyanın inkişafı, tətbiqetmə miqyasının genişlənməsi və şəbəkə effekti ilə onun dəyərinin artacağını gözləyirik.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et