"Microsoft"un həmtəsisçisi Pol Allenin kolleksiyası rekord məbləğə satılıb | Banco.az

"Microsoft"un həmtəsisçisi Pol Allenin kolleksiyası rekord məbləğə satılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pol Allenin kolleksiyası rekord məbləğə alıcı tapıb.

Banco.az xəbər verir ki, “Microsoft”un qurucularından biri olan Pol Allenin kolleksiyası Londondakı “Christie's” hərracında satışa çıxarılıb. Kolleksiyadakı məşhur simalara məxsus əsərlər 1,6 milyard dollarlıq rekord məbləğə satılıb. 

Hərrac evi kolleksiyanı "tarixin ən bahalı incəsənət auksionu" adlandırıb.

Əsərlərin hər birinin 100 milyon dollardan baha satıldığına diqqət çəkən hərrac evi sənətçilərin əsərlərinin də öz rekordlarını qırdığını vurğulayıb.

Hərracdan əldə olunan gəlirin isə Allen tərəfindən müəyyən edilən xeyriyyə təşkilatlarına ianə ediləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et