Microsoft şirkəti Google və Feysbuk kimi texnoloji nəhənglərinə təzyiq göstərmək üçün Avropa xəbər agentlikləri və naşirləri ilə əməkdaşlıq edir. Söhbət xəbər məzmunu üçün ödəmə sisteminin yaradılması və tətbiqindən gedir.
Ötən həftə Feysbuk yerli xəbər agentliklərinə komissiya ödəmək əvəzinə Avstraliyadakı platformasında xəbər mesajlarının nümayişinin qarşısını aldı.
Həm platforma istifadəçiləri, həm də Avstraliya naşirlər Amerika korporasiyasının bu qərarına çox mənfi reaksiya göstərdilər.
Qeyd edək ki, kütləvi narazılıqdan sonra sonra Feysbukun Avstraliyada xəbər məzmununa qoyulan məhdudiyyətləri ləğv edəcəyi bildirilmişdi.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!