Microsoft və ChatGPT-dən insanabənzər robot addımı: 500 milyon dollar sərmayə qoyacaqlar | Banco.az

Microsoft və ChatGPT-dən insanabənzər robot addımı: 500 milyon dollar sərmayə qoyacaqlar

Müəllif:Mehin Qasımova/Banco.az

İlon Maskın "Tesla" şirkəti də daxil olmaqla Qərb şirkətləri öz insanabənzər robotlarını istehsal etmək üçün yarışır.

Banco.az xəbər verir ki, ChatGPT-nin proqramını tərtib edən OpenAI və Micosoft, süni intellektlə dəstəklənən insanabənzər robotların hazırlanması üçün startapa 500 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Bildirilib ki, bütün dünyada avtonom insanabənzər işçilər yerləşdirmək istəyən “Figure AI” şirkəti 1,9 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Goldman Sachs-ın hesabatı göstərir ki, yaxın 15 ildə insanabənzər robotlar ildə 154 milyard dollar qazana bilər.

İnsanabənzər robotların həyatımıza yeni girdiyini nəzərə alsaq, bu hesabat bazarın qısa müddətdə təsirli şəkildə böyüyəcəyini göstərir.

Hesabata görə, insanabənzər robot bazarı 2022-ci ildə artıq 1,5 milyard dollar dəyərində idisə, 2027-ci ildə 17,3 milyard dollara çatacağı proqnozlaşdırılır.

Analitiklər bu artımı pərakəndə satış və tibb sektorunda qabaqcıl xüsusiyyətlərə malik robotların sayının artması ilə əlaqələndirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram