Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın Federal Ticarət Komissiyası “Microsoft”u 20 milyon dollar cərimələyib.
Banco.az xəbər verir ki, buna səbəb İT nəhənginin “Xbox”ın oyun bölməsində istifadəçilərdən tələb olunan məlumatlar olub. Belə ki, proqramda oyun hesabı yaradarkən valideynin razılığını tələb edən bildiriş olmadan uşaqların şəxsi məlumatları daxil etməsi mümkündür. Bu şəkildə daxil edilmiş məlumatlar avtomatik olaraq “Microsoft” serverlərinə göndərilir və hesab yaratma proseduru tamamlanmasa belə, orada illərlə saxlanılırdı.
“Microsoft”un məlumatına görə, aşkarlanan problem texniki xəta nəticəsində Xbox interfeysində yaranıb. Şirkət bu7nunla yanaşı bəyan edib ki, yetkinlik yaşına çatmayanlardan əldə edilən məlumatlar heç vaxt üçüncü tərəflərə göndərilməyib və onlardan istifadə olunmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!