"Microsoft" Hindistana 3 milyard dollarlıq investisiya planını açıqlayıb | Banco.az

"Microsoft" Hindistana 3 milyard dollarlıq investisiya planını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” Hindistanda bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün 2 il ərzində 3 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi tərəfindən verilən açıqlamada “Microsoft”un Baş İcraçı Direktoru (CEO) Satya Nadellanın Hindistana səfəri zamanı sözügedən sərmayə planını elan etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, şirkət növbəti 2 il ərzində yeni məlumat mərkəzlərinin yaradılması da daxil olmaqla, Hindistanda bulud və süni intellekt infrastrukturunu inkişaf etdirmək üçün 3 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.

Bu sərmayə ilə Hindistanda süni intellekt innovasiyalarını sürətləndirməyi hədəflədiyi vurğulanan açıqlamada “Microsoft”un "ADVANTA(I)GE India" proqramının ikinci mərhələsi çərçivəsində növbəti 5 il ərzində 10 milyon insanı süni intellekt bacarıqları ilə təchiz edərək ölkənin uzunmüddətli rəqabət qabiliyyətini dəstəkləyəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

“Microsoft”un ölkədəki məlumat mərkəzi kampuslarında bulud və süni intellekt infrastrukturunu genişləndirəcəyi bildirilən açıqlamada şirkətin hal-hazırda Hindistanda 3 məlumat mərkəzi bölgəsinə sahib olduğu və dördüncüsünün də 2026-cı ildə fəaliyyətə başlamağa hazır olacağı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram