Microsoft 46-cı ildönümündə ilk loqosuna qayıtdı | Banco.az

Microsoft 46-cı ildönümündə ilk loqosuna qayıtdı

Tamara Mustafayeva, Banco.az

Uşaqlıq dostu olan Pol Allen və Bill Qeyts 1975-ci ildə Microsoft şirkətinin əsasını qoyarkən ehtimal ki, belə böyük uğura imza atdıqlarını bilmirdilər. İllər ərzində texnologiya nəhənginə çevrilən şirkət bu il 46-cı ildönümünü qeyd edir. 

Həmçinin oxu: Microsoft necə yarandı?

Şirkət bir neçə gün əvvəl 46-cı ildönümünü qeyd etmək və Microsoft irsini xatırlatmaq məqsədilə keçmiş loqosundan ilhamlanaraq yeni kampaniyaya imza atıb. Belə ki, şirkət rəsmi Twitter səhifəsindən yayımladığı tvitlə loqosunda nostalji xarakterli dəyişiklik edib.

Yenilənən loqo 1970-ci illərdə istifadə edilən dizayna istinad edərkən müasir dövrün rəngləri ilə vəhdət təşkil edir. Qəhvəyi arxa fon üzərində təsvir edilən beş rəngli göyqurşağından ibarət yeni loqo Microsoft firmasının keçmişi ilə bu gününü birləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət həmçinin rəsmi Twitter səhifəsinin bioqrafiya hissəsinə də "Biz sadəcə dünyanı dəyişdirmək istəyən startap layihəsiyik" yazmaqla diqqət çəkib. Rəsmi səhifədə həmçinin şirkətin həmtəsisçiləri Pol Allen və Bill Qeytsin kompüterləri təkmilləşdirmək üçün nədən ilham aldıqlarını əks etdirən bir mətn də yayımlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et