Metronun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənilir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Metronun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənilir

Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı, ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.

Universitet və institutlar fevralın 15-dən açıla bilər.

Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.

Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.

Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram