Metroda qatar tuneldə qaldı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Metroda qatar tuneldə qaldı

Bu gün Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində ləngimə müşahidə edilib. Qatarların ləngiməsi "28 May" stansiyasında baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, qeyd edilən xətt üzrə hərəkət edən 24 saylı qatar nasaz olub.

"Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar platformada 10 dəqiqədən çox hərəkətsiz dayanıb. Qatar metronun "28 May" stansiyasında olarkən problem yaranıb. Qatarda nasazlıq olduğundan, arxadan gələn qatarların hərəktində gecikmələr olub. Lakin hazırda hərəkət bərpa edilib", - deyə N.Paşayev əlavə edib. 

Mənbə: Report.az