"Meta" şirkəti işçilərini ixtisar etməyə davam edir | Banco.az

"Meta" şirkəti işçilərini ixtisar etməyə davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti növbəti 10 min işçisini də ixtisar edəcək.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın daxil olduğu “Meta” şirkətinin baş direktoru Mark Zukerberq əməkdaşlarına göndərdiyi mesajda “məhsuldarlıq ili” elan edilən 2023-cü il üçün bəzi yenilikləri paylaşıb.

Bu çərçivədəki məqsədlərə toxunan Zukerberq daha yaxşı texnologiya şirkəti olmağın və çətin bir mühitdə maliyyə göstəricilərini yaxşılaşdırmağın hədəfləndiyini bildirib.

O həmçinin qeyd edib ki, effektivlik araşdırmaları çərçivəsində ediləcək dəyişikliklərin il ərzində ən qısa zamanda tamamlanacağına ümid edirlər.

Zukerberq aprelin sonunda texnologiya qruplarında, mayın sonunda isə biznes qruplarında yenidən strukturlaşma və işdən çıxarmağı planlaşdırdıqlarını vurğulayıb. Bu çərçivədə komandalarının təxminən 10 min nəfər azalacağına diqqət çəkən Zukerberq hələ işə götürülmə həyata keçirilməyən təxminən 5 min vakant iş yerini də bağlayacaqlarını ifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et