"Meta" şirkəti də maliyyə göstəricilərini açıqlayıb | Banco.az

"Meta" şirkəti də maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkətinin gəlirləri 2023-cü ilin birinci rübündə artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-ın sosial media nəhəngi “Meta” yanvar-mart dövrü üzrə balans hesabatını açıqlayıb.

Hesabatda qeyd olunub ki, şirkətin bu ilin ilk rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 3 faiz artaraq 28,7 milyard dollara çatıb. “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının ana şirkəti olan “Meta” 2022-ci ilin birinci rübündə 27,9 milyard dollar gəlir əldə etmişdi.

“Meta”nın xalis mənfəəti isə ilin birinci rübündə 24 faiz azalaraq 5,7 milyard dollara düşüb. Şirkət 2022-ci ilin eyni dövründə 7,5 milyard dollar mənfəət elan etmişdi.

Şirkətin 2022-ci ilin birinci rübündə 2,72 dollar olan səhmbaşına mənfəəti də bu ilin eyni dövründə 2,20 dollara qədər geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram