Meta Instaqram və Facebook-da ödənişli reklamların bloklanmasını tətbiq edə bilər | Banco.az

Meta Instaqram və Facebook-da ödənişli reklamların bloklanmasını tətbiq edə bilər

Müəllif: Mehin Qasımova/Banco.az 

Meta Facebook və Instagram- da  istifadəçilərinə reklamı söndürmək üçün pullu seçim təklif etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Wall Street Journalı  məlumat yayıb.

Məlumata  görə, yenilik bu xidmətlərin avropalı istifadəçilərinə təsir göstərə bilər.

Lakin qiymət tətbiqin istifadə olunduğu cihazdan asılı olacaq. 

Belə ki, hesablarına kompüterdən daxil olan istifadəçilər tərəfindən ayda təxminən 10,5 dollar ödəniləcək. Smartfonlardan istifadə etməyə üstünlük verənlər üçün qiymət 14 dollar civarında olacaq. 

Facebook və Instagram-dan pulsuz istifadə etmək mümkün olacaq, lakin bu halda hesab sahibi fərdiləşdirilmiş reklamı görəcək.

Nəşrin qeyd etdiyi kimi, bu yolla Meta istifadəçilərə onların əvvəlcədən razılığı olmadan fərdiləşdirilmiş reklam göstərmək imkanını məhdudlaşdırmaqla hədələyən Avropa İttifaqının qaydalarından yan keçməyə ümid edir.

Ən sərfəli kredit üçün müraciət et

 Korporasiya yaxın aylarda avropalı istifadəçilər üçün ödənişli abunə tətbiq etmək planlarını rəsmən elan  edəcək.

Qeyd edək ki, Elon Mask da  "X" sosial şəbəkəsini (keçmiş Twitter) ödənişli əsasa köçürmək planlarını bildirmişdir. 

 Bu yolla milyarder “botlar ordusu” ilə mübarizə aparacağını gözləyir.

 Maskın sözlərinə görə, yeni tədbir botlar üçün hesabların yaradılmasını çətinləşdirəcək, çünki hər bir hesaba giriş üçün ayrıca ödəniş vasitəsi tələb olunacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram