Müəllif: Tamara Mustafayeva, Banco.az
"Meta" "Constellation Energy" ilə nüvə enerjisi müqaviləsi imzalayır.
Banco.az xəbər verir ki, “Meta” şirkəti verdiyi açıqlamada “Constellation Energy” ilə təmiz enerji layihəsində əməkdaşlıq etdiyini bildirib.
Açıqlamada qeyd olunur ki, “Meta” “Constellation Energy” ilə 20 illik nüvə enerjisi müqaviləsi imzalayıb. Bu müqavilə 2027-ci ildən qüvvəyə minəcək və 1121 meqavatlıq emissiyasız nüvə enerjisi təmin edən İllinoys ştatındakı Klinton Təmiz Enerji Mərkəzinin uzunmüddətli fəaliyyəti zəmanət altına alınacaq.
Açıqlamada həmçinin vurğulanır ki, əldə ediləcək nüvə enerjisi "Meta"nın həmin bölgədəki əməliyyatlarını dəstəkləmək üçün istifadə olunacaq.
"Meta"nın bəyanatında əlavə olaraq bildirilir ki, şirkətin nüvə enerjisinə etdiyi sərmayələr, iqtisadi artımı stimullaşdıracaq və cəmiyyətləri gələcəyə hazırlayacaq süni intellekt innovasiyalarına enerji təmin etmək üçün lazım olan dayanıqlı infrastrukturun formalaşmasına xidmət edir.
Bizi sosial şəbəkələrdən izləyin!!