"Meta" anti-inhisar məhkəməsində qalib olub | Banco.az

"Meta" anti-inhisar məhkəməsində qalib olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi Meta-nın Instagram və WhatsApp-ı satın alaraq bazar üstünlüyünü möhkəmləndirdiyi iddiası ilə açılan, presedent yaratmış anti-inhisar məhkəməsi nəticələnib.

Banco.az xəbər verir ki, beş ildən sonra Meta Instagram və WhatsApp-ın satın alınması ilə bağlı ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən qaldırılan iddiada qələbə qazanıb. 

ABŞ Rayon Məhkəməsinin hakimi Ceyms Boasberqin qərarında bildirilir ki, Federal Ticarət Komissiyası Meta-nın 2012-ci ildə Instagram-ı 1 milyard dollara, 2014-cü ildə isə WhatsApp-ı 19 milyard dollara alarkən anti-inhisar qanunlarını pozduğunu sübut edə bilməyib. Hər iki satınalma 2012 və 2014-cü illərdə təsdiqlənməsinə baxmayaraq, FTC Meta-dan həm Instagramı, həm də WhatsAppı əlindən çıxarmağı tələb edirdi.

Mark Zukerberqin Facebook-da daxili yazışmalar zamanı üzə çıxan e-məktublarına görə, o, 2012-ci ilin fevralında belə yazmışdı: “Yeni rəqiblər ortaya çıxa bilsə də, Instagram, Path və Foursquare-ni indi almaq bizə onların dinamiklərini inteqrasiya etmək üçün bir il və ya daha çox vaxt qazandıracaq ki, heç kim yenidən onların miqyasına yaxınlaşa bilməsin.”

Hakim Ceyms Boasberg qərarında qeyd edib ki, FTC Meta-nın Instagram və WhatsApp-ı sosial media bazarındakı rəqiblərini aradan qaldırmaq məqsədilə satın aldığını sübut edə bilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram