Messinin İngiltərəyə girişi qadağan edilə bilər | Banco.az

Messinin İngiltərəyə girişi qadağan edilə bilər

İngiltərə mediasında yayılmış xəbərə görə, oktyabr ayının sonunda "Breksit" gerçəkləşərsə və Birləşmiş Krallıq Avropa İttifaqını (Aİ) tərk edərsə, futbol ulduzu Lionel Messinin vergi yayındırmaq cinayətinə görə aldığı cəza səbəbindən hər hansı bir İngiltərə komandası ilə oynamaq üçün ölkəyə girişi qadağan edilə bilər. Mövzu ilə bağlı vəkil Andrü Osborn deyib: "Avropa oyunları ilə bağlı belə bir qayda var: əgər Aİ üzvü olan bir ölkənin vətəndaşı kimi cəza almış olsanız, ölkəyə gələ bilərsiniz, ancaq Aİ üzvü olmayan ölkənin vətəndaşına bu icazə verilmir. İndiyə qədər bir sıra futbolçulara cəza verilib, ancaq onların hamısı Aİ vətəndaşı olduğuna görə, Birləşmiş Krallığa gələ bilirdilər. Qüvvədə olan qayda dəyişməsə, klublar "Breksit"dən sonra müvafiq tədbir görmək məcburiyyətində qalacaqlar".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et