Instagram birdən çox profili olanlar üçün yeni funksiya hazırlığındadır | Banco.az

Instagram birdən çox profili olanlar üçün yeni funksiya hazırlığındadır

Tamara Mustafayeva, Banco.az

Instagram platformasında birdən çox profili olan istifadəçilər üçün faydalı olacaq yeni funksiya əlavə ediləcək.

Məlum olduğu kimi, Instagram-da istifadəçilər bir çox müxtəlif profillər yarada bilirlər. Daha əvvəl istifadəçilərin eyni cihazda bir profildən digərinə keçmək üçün giriş-çıxış etmələri lazım idi. İnd isə Twitter-da olduğu kimi Instagram da istifadəçilərə yardımçı olmaq üçün bu proseduru ləğv etməyə qərar verib. Beləliklə də, istifadəçilər profillər arasında asanlıqla keçid edə biləcəklər. 

Instagram platformasında insanlar bir-birləri ilə izləmə vasitəsilə əlaqə saxlayır ki, birdən çox profili olanlar hər hansı bir istifadəçini digər profillərindən də izləmək istədikləri zaman əlaqədar profilə keçid etmələri lazımdır. Şirkətin hazırda sınaqdan keçirdiyi yeni funksiya bu şərtin ortadan götürüləcəyini göstərir.

Belə ki, istifadəçilər hər hansı bir şəxsi və ya səhifəni izləmək istədikləri zaman profilin üstünə klikləyərək istifadə etdikləri hansı profildən bu əməliyyatı icra etmək istədiklərini seçə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin yaxın günlərdə bu yeni funksiyanı istifadəçilərin bəyənisinə təqdim edəcəyi gözlənilir.

Həmçinin oxu: Instagram TikTok-a rəqib olacaq yeni funksiyasını aktivləşdirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et