Məşhurların uğur hekayəsi | Banco.az

Məşhurların uğur hekayəsi

Müəllif:Mehin Qasımova/Banco.az

Uğura aparan yol olduqca çətindir. Uğur böyük zəhmət, səbr və çətinliklərlə bütün mümkün maneələrlə üzləşmək üçün cəsarət tələb edir. Bir çox məşhur insanlar uğur qazanmaq üçün yollarında çoxsaylı maneələri dəf etməli olublar.

Banco.az həmin  məşhurların uğur hekayələrini sizə tədim edir:

1. Ualt Disney

Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda çox kasıb bir ailədə dünyaya göz açib. Uşaqlıq illərini ehtiyac içərisində keçirən Disney, yeniyetməikən hər gün səhər tezdən durub, qapı-qapı dolaşaraq qəzet paylayardı. Fəqət bu işindən qazandığı pul çəkdiyi əziyyətin müqabilində çox-çox az idi. Buna görə də daha yaxşı bir iş axtarırdı. Lakin təhsili olmadığına görə üz tutduğu hər bir qapı üzünə bağlanırdı. Bir gün ödənişsiz kursa yazılan Disney kursu bitirdikdən sonra dostu ilə birgə  cizgi filmi şirkəti qururlar. “Mickey Mouse” cizgi filmi qadınlar üçün çox qorxulu olduğu üçün rədd edilir.“Üç balaca donuz” da yalnız dörd personajdan ibarət olduğu üçün rədd edilir. Uolt Disneyin ilk biznes müəssisəsi olan Laugh-O-Gram animasiya studiyası iflas səbəbindən fəaliyyətini dayandırır. Daha sonra özünə iş tapan Disney  fantaziyası və yaxşı ideaları olmadığına görə iş yerindən qovulur. Lakin o bütün bu uğursuzluqların öhdəsindən gələrək  “The Walt Disney Company” kinoşirkətini 1923- cü il 16 oktyabrda yaradır. Belə ki, hər birimizin sevimlisinə çevrilmiş bir çox cizgi filmləri məhz bu şirkət tərəfindən buraxılıb. Disney-in sayəsində dünya üzrə məşhur Disneyland parkı salınıb.

2. Albert Eyneşteyn

Görkəmli fizik 1879-cu il martın 14-də Almaniya da anadan olub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Valideynləri və müəllimləri onun  əqli cəhətdən zəif və antisosyal olduğunu düşünürdülər. Doqquz yaşına qədər danışa bilməyən Albert əvvəlcə dərslərdə çox geridə qalsa da 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsil alır.

Eynşteyn nisbilik nəzəriyyəsi, xüsusilə də kütlə və enerjinin arasında məşhur E=mc² ekvivalentinin yaradıcısıdır. Eyneşteyn "Əsrin adamı", bütün dövrlərin və xalqların ən böyük fiziki hesab olunur.

3.Abraham Linkoln

Abraham Linkoln 1809-cu ildə Kentukki ştatının Qardin qraflığında kiçik bir fermada anadan olub. Kiçik yaşlarda anasını, bacısını və qardaşını itirir. Ümumilikdə Linkoln bir il məktəbdə oxuyur. Lakin  məqsədli şəkildə özü evdə öyrənməyə davam edir. Çox kasıb bir ailədən olan Liknkoln uğurlu hüquqşünas olmaq üçün bir çox çətinliklərdən keçir. Daha sonra Linkoln dövlət vəzifəsi uğrunda bir neçə yarışda uduzsa da, heç biri onun Birləşmiş Ştatların prezidenti olmaq cəhdinə mane ola bilmir. Linkoln  Amerikanın xilaskar peyğəmbəri adlanır.

 

Ən sərfəli kredit üçün müraciət et

4. Tomas Edisonun

Tomas Edison 1847-ci ildə Milanda, Ohayoda anadan olub. Tomas Edisonun müəllimləri onun heç nə öyrənə bilməyəcək qədər axmaq olduğunu bildirirdilər. Ona görə də anası onu məktəbdən çıxarıb, özü öyrədir. Tomas Edison karyerasına Port Hurondan Detroyta gedən qatarlarda konfet, qəzet və tərəvəz satmaqla başlayır. 13 yaşınadək həftədə 50 dollar qazanc əldə edən Edison  qazandığı pullara  elektrik və kimyəvi təcrübələr üçün avadanlıq  alır. 

 Ali məktəbə daxil olan Edison ali məktəbi bitirdikdən sonra "kifayət qədər məhsuldar" olmadığı üçün ilk iki işindən qovulur. Qəribədir ki, Tomas Edison indi bütün zamanların ən böyük yenilikçilərindən biri hesab olunur. O, elektrik enerjisi istehsalı, kütləvi kommunikasiya, səs yazısı və kinofilmlər kimi sahələrdə bir çox cihaz hazırlayıb. Fonoqraf, kino kamerası və elektrik lampasının ilkin versiyalarını əhatə edən bu ixtiralar müasir sənayeləşmiş dünyaya geniş təsir göstərmişdir. O, bir çox tədqiqatçı və işçilərlə işləyərək ixtira prosesində mütəşəkkil elm və komanda işi prinsiplərini tətbiq edən ilk ixtiraçılardan biri olub. İlk sənaye tədqiqat laboratoriyasını yaradıb. Onun ruhlandırıcı hekayəsi ondan ibarətdir ki, kommersiya baxımından əlverişli ampul icad etmək üçün 10.000-dən çox uğursuz cəhddən sonra əldə etdiyi uğur, əzmkarlığın həqiqətən buna dəyər olduğuna dair yaxşı nümunə yaratdı.

 

5.Henri Ford

Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-ın Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində anadan olub. Çox kasıb ailədə dünyaya gələn  Henri işləyərək ailəsinə kömək edirdi. Henri Ford  ilk daxili yanma mühərrikini öz evinin mətbəxində hazırlayır. Tezliklə o, həmin mühərriki 4 velosiped təkərli ramaya qoymaq qərarına gəlir və 1896-cı ildə kvadrodövriyyə ilk Ford avtomobilinə çevrilən nəqliyyat vasitəsi meydana gəlir. Henri Fordun hekayəsi 1899-cu ildə Detroit Avtomobil Şirkətini qurarkən başlayır və qısa müddət sonra müflis olur. O üçüncü cəhdən sonra “Ford Motor” şirkətini 1903-cü ildə yaradır. Şirkət Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilir. Şirkətin ilk avtomobili 23 iyul 1903-cü ildə satılır. 1906-cı ildə Henri Ford şirkətin prezidenti olur və şirkətin əsas sahibkarına çevrilir. 1919-cu ildə Henri Fordun oğlu Edsel şirkətin prezidenti postuna varis olur. 1943-cü ildə oğlunun qəfil ölümündən sonra Henri Ford yenidən şirkətin rəhbəri olur. Henri Ford bütün zamanların ən uğurlu avtomobil şirkətlərindən birini yaradıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et