Məşhur neft treyderi Andy Hall-a görə, neft qiymətləri yüksəlməyə hazırlaşır və böyük bir ehtimalla OPEC ehtiyatların "şişməsi" ilə əlaqədar olaraq gələcək bir-iki ay ərzində hasilatın azaldılmasını yenidən tətbiq edəcəkdır.
Hall proqnozunu "Orbital Insight Inc" şirkətinin məlumatlarına əsaslandırıb. Bu şirkət qlobal neft ehtiyatlarının səviyyəsini izləmək üçün peyk görüntülərindən istifadə edir. Məlumata görə, OPEC, Avropa və ABŞ-ın neft ehtiyatları ötən aylarda kəskin şəkildə yüksəlib.
Məşhur treyder, "OPEC-in gələcək bir- iki ay ərzində hasilatı azaldacağı böyük bir ehtimaldır" deyib.
ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ötən həftə xam neft ehtiyatları 1.55 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların da ehtiyatların həmin dövrdə artdığını göstərməsi gözlənilir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, OPEC-in hasilatı azaltmaq planlarına dair suala cavabında, qiymətlərin aşağı salınması müraciətinə Səudiyyə Ərəbistanının "çox istəkli" cavab verdiyini söyləyib.
marja.az