Məşhur texnologiya brendinin gəlirləri azalıb | Banco.az

Məşhur texnologiya brendinin gəlirləri azalıb

Müəllif - Aida İsaq, Banco.az

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung”un 2023-cü ilin birinci rübü üçün göstəriciləri açıqlanıb.

Banco.az xəbər verir ki, məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 19%, əməliyyat mənfəəti isə 95,75% azalıb. 2022-ci ilin dördüncü rübünə (oktyabr - dekabr) nisbətən satışlar 10,59%, əməliyyat mənfəəti 86% azalıb.

Yanvarın birinci yarısına olan ilkin məlumatlara görə, 2022-ci ilin dördüncü rübündə korporasiyanın əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 69% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram