Müəllif - Aida İsaq, Banco.az
“Oppo” şirkəti “Air Glass 2” adlı ağıllı eynək modelini təqdim edib.
Banco.az xəbər verir ki, sözügedən eynəyin 38 qram ağırlığında yüngül və davamlı korpusa sahib olduğu bildirilir. Aksesuarın görünüşcə adi eynəklərdən fərqlənmədiyi məlum olub.
“Oppo Air Glass 2” telefon zənglərini həyata keçirə və söhbətləri tərcümə edə bilmək funksiyalarına sahibdir. Həmçinin naviqasiya və ya eşitmə qüsurlu insanlar üçün səsdən mətnə keçid cihazı kimi istifadə edilə bilər. Eynəklərdə istehsalçı şirkət tərəfindən hazırlanan dünyanın ilk polimer "SRG" difraksiya dalğa ötürücü lensindən istifadə edildiyi bildirilir. O, həmçinin kiçik “Micro LED” ekranına malikdir. Model bir dəfə enerji ilə doldurulduqdan sonra 10,5 saata qədər işləyə bilir.
“Oppo Air Glass 2”nin qiyməti və təqdimm olunma tarixi haqqında hazırda hər hansısa məlumat verilməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!