Məşhur şirkətləri "marka"ya çevirən ilk addımlar | Banco.az

Məşhur şirkətləri "marka"ya çevirən ilk addımlar

Hazırda dünyanın dörd bir yanında tanınan şirkətlərin bir çoxunun təməlində kiçik biznes planları dayanır. D.Trampın diliylə desək “Maliyyə rifahına nail olmaq yolunda edəcəyiniz ən böyük səhv uğurlu ideyaya sahib olduğunuz halda onu gerçəkləşdirmək üçün səy göstərməməyinizdir”. Bu biznes planlarının nə dərəcədə gerçəkləşməsi isə hazırda tanıdığımız markaların sayəsində göz önündədir. Bəs görəsən hazırda maliyyə bazası milyonlarla ölçülən məşhur şirkətlərin ilk addımları necə olub?

Banco.az bu şirkətlərdən bəzilərinin fəaliyyət hekayələrini təqdim edir. 

Samsung

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

Dünyaca məşhur texnologiya nəhəngi “Samsung” fəaliyyətinə un məhsullarının istehsalı ilə başlayıb. İstehsal edilən müvafiq məhsulların Çinə satışı həyata keçirilirdi. Koreya müharibəsindən sonra Cənubi Koreya sənayeləşmə istiqamətində addımlar atdı. Beləliklə “Samsung” toxuculuq sektoruna keçid etdi. Texnologiya sahəsinə inteqrasiya dövrü isə 1970-ci illərə təsadüf edir.

Sony

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

“Sony”nin qurucularından biri olan Masaru Ibuka 1946-cı ildə düyü bişirən kiçik cihaz hazırlayır. Lakin bu sadə maşın düyünü ya həddindən çox ya da alaçiy bişirirdi. Buna görə də məhsul heç vaxt bazara buraxılmadı. Ancaq cihaz hazırda “Sony”də qorunub saxlanılır.

IKEA / Yük Xidməti

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

“IKEA”nın qurucusu Kamprad kibrit, çiçək toxumu və milad ağacı bəzəkləri kimi sadə məhsulları sataraq ticarətə başlayıb. Mebel nəhəngini yaratdığı zaman cəmi 17 yaşında olan Kamprad mağazada əvvəllər corab, zərgərlik məmulatları, saat, qələm və çərçivə kimi mallar satır və göndərirdi.

Toyota / Avtomatik Toxuculuq Cihazı

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

“Toyota” yaranmasının ilk illərində avtomatik toxucu dəzgahı ilə bazara daxil olur. Dövrünün ən qabaqcıl toxuculuq cihazını təqdim edən şikət hazırda eyni dəzgahların istehsalını davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Apple / İlk fərdi kompüter 

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

Steve Wozniak tərəfindən yaradılan “Apple”ın ilk kompüteri “Computer Apple I” o zaman klaviaturada yazdığınız hərfləri monitorda əks etdirən ilk cihaz idi. Silikon Vadisində keçirilən bir tədbirdə təqdim olunan bu computer Steve Jobsun marketinq bacarıqları sayəsində böyük müvəffəqiyyət qazandı.

Google / Axtarış cihazı

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

1996-cı ildə iki universitet tələbəsi Larri Peyj və Sergey Brin günümüzün ən inkişaf etmiş axtarış cihazlarından biri olan “Google”ni yalnız layihə məqsədləri üçün tərtib etmişdilər.

Intel / Yaddaş kartı istehsalı 

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

“İntel” ilk dəfə qurulanda yalnız yaddaş kartları istehsal edirdi.

Starbucks / Qəhvəxana 

Kurulduğunda küçük bir bakkaldı, şimdilerde dünyaca ünlü bir teknoloji devi!

İngilis müəllimi, tarix müəllimi və yazıçı tərəfindən açılan kiçik qəhvə mağazası indi dünyanın ən məşhur qəhvə şəbəkələrindən biridir.

McDonalds

mcdonald ile ilgili görsel sonucu

“McDonald’s” yaranmasının ilk illərində sürücülər üçün nəzərdə tutulan kiçik restoran idi. Sonradan Dik və Mak Makdonald qardaşları bu kiçik restoranı daha da təkmilləşdirərək dünya markasına çevirməyi bacardılar.

Gördüyünüz kimi bütün məşhur markaların bir çoxu fəaliyyətlərinə kiçik büdcəylə və ya fərqli istiqamətlər üzrə başlayıb. Elə buna görə də sahibi olduğunuz ideyanı layihələşdirərək bir brendə çevirməyə çalışın. Necə deyərlər “Bugünə qədər edilən hər şeyi daha yaxşı formada etmək mümkündür”.

Aida İSAQ, Banco.az