Müəllif:Mehin Qasımova/Banco.az
"L'Oreal" kosmetikasının varisi Fransua Bettencourt Meyers dünyada 100 milyard dollara çatan ilk qadın olub.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Milyarderlər İndeksinə görə , onun sərvəti cümə axşamı günü 100,2 milyard dollara yüksəlib.
Buna babası tərəfindən 1909-cu ildə qurulan L'Oreal-ın rekord yüksək səhm qiymətləri səbəb olub.
70 yaşlı Francoise Bettencourt Meyers 268 milyard dollar dəyərində olan şirkətin sədr müavinidir.
O və ailəsi səhmlərin 35%-nə sahibdir.
"L'Oreal" varisi Forbes jurnalı tərəfindən 2021, 2022 və 2023-cü illərdə üç dəfə dünyanın ən zəngin qadını seçilib .
Bizi sosial şəbəkələrdən izləyin!!