Müəllif:Mehin Qasımova/Banco.az
Böyük Britaniyada yerləşən "Sky" media şirkəti bu il təxminən min nəfəri işdən çıxarmağı planlaşdırır.
Banco.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, şirkətin xidmətlərinə internet üzərindən daxil olanların sayı və evlərinə peyk antenaları quraşdırmaq istəyənlərin sayı getdikcə daha çox olduğundan, işdən çıxarılacaq işçilərin əhəmiyyətli bir hissəsini mühəndislər təşkil edəcək.
Sky-ın bu il ixtisar etməyi planlaşdırdığı 1000 nəfər media şirkətinin işçi qüvvəsinin təxminən 4 faizini təşkil edir. Hazırda "Sky"da hazırda təxminən 26.000 nəfər çalışır.
"Sky" sözçüsü bildirib ki, müştərilər getdikcə daha çox mütəxəssis quraşdırma tələb etməyən Sky Glass və Sky Stream-i seçirlər və bu, şirkətin xidmətlərini təqdim etmək üçün ehtiyac duyduğu mövqelərin sayını dəyişməsinə səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!