Məşhur şirkət tibb işçiləri üçün istehsala başlayır | Banco.az

Məşhur şirkət tibb işçiləri üçün istehsala başlayır

Tim Kuk Twitter səhifəsində yazıb ki, Apple səhiyyə işçiləri üçün üz ekranlarını işləyib hazırlayır və həftədə 1 milyon ədəd buraxmağı planlaşdırır.

“Tibb işçiləri üçün qoruyucu ekranların dizaynı, istehsalı və təchizatı məqsədi ilə dizaynerlər, mühəndislər, qablaşdırma mütəxəssisləri və təchizatçılarımızı bir araya gətirmək üçün çox səy göstərdik” deyə Kuk videomüraciətində bəyan edib. Ekranların əsas texniki xüsusiyyətləri arasında sürətli yığma və tənzimlənən ölçülər var.

Tim Kuk xatırladıb ki, qlobal təchizat zənciri sayəsində Apple artıq ABŞ xəstəxanalarına 20 milyondan çox qoruyucu maska göndərib. O, əlavə edib ki, şirkət yaxın gələcəkdə beynəlxalq təchizat bazarına çıxmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Daha əvvəl Elon Mask Amerika xəstəxanalarına səhvən apnea müalicəsi üçün min ədəd ventilyasiya aparatı çatdırmışdı, halbuki ağciyərlərin süni ventilyasiyası cihazlarını göndərəcəyini vəd etmişdi.

Həmçinin oxu: Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et