Müəllif - Aida İsaq, Banco.az
“Space X” şirkəti 14 yaşlı Kairan Kvazi adlı yeniyetməni proqram mühəndisi kimi işə götürüb.
Banco.az xəbər verir ki, o, planetin ən yaxşı şirkətində işə başladığını vurğulayaraq, “Space X”ın köhnəlmiş sistemdən uzaq olduğunu bildirib. K.Kvazi “Santa Clara Universiteti”nin Mühəndislik Məktəbini bitirərək məktəbin tarixində ən gənc məzun olub. Yeniyetmə anası ilə birlikdə Kaliforniyadan ABŞ-ın şimal-qərbindəki Vaşinqton ştatının Redmond şəhərinə köçməyi planlaşdırır.
Eyni zamanda, K.Kvazi universitetdəki təhsilindən razılığını bildirərək, tələbəlik illərini həyatının ən xoşbəxt dövrü adlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!