70 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı altıncı adamı olan Warren Buffettin şirkəti Berkshire Hathaway 10 milyard dollar xərcləyərək təbii qaz anbarı şirkəti Dominion Energy-ni satın alıb.
Berkshire pandemiya dövründə ilk dəfə bir şirkəti tərkibinə qatmışdır.
Şirkətin satın alması üçün 4 milyard dollar ödənəcək, qalan 6 milyard dollar ilə də şirkətin borcları bağlanılacaq.
Buffettin şirkətinin 137 milyard dollar nağd pulu olduğu bilinir.
Buffett may ayında etdiyi açıqlamasında yenidən satın almalara başlayacaqlarının siqnallarını vermişdi.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!