Müəllif - Aida İsaq, Banco.az
Günümüzdə müasir şirkətlərin və məşhur brendlərin əksəriyyəti getdikcə NFT sektorunun bir parçası olmağa çalışır.
Banco.az xəbər verir ki, “Metaverse” ilə birgə addımlayan NFT markaların üz tutduğu yeni ünvana çevrilib. Bu dəfə isə, Yaponiyalı rəssam Takashi Murakami NFT kolleksiyasını yaratmaq üçün lüks saat istehsalçısı “Hublot” ilə əməkdaşlıq etmək barədə razılığa gəlib. Belə ki, Murakami və “Hublot” 13 parçadan ibarət NFT saat kolleksiyasını təqdim edəcək. Yeni kolleksiya 1970-ci illərin Yapon video oyunları və televiziya şoularından ilhamlanaraq hazırlanıb. Hər bir məhsul göy qurşağının müxtəlif rənglərində hazırlanmışdır. Eyni zamanda hər məhsulda rəssamın simvolik təbəssüm imzası var.
Bizi sosial şəbəkələrdən izləyin!!