Məşhur milyarder uzun tənqidlərdən sonra 10 milyard dollar vəsait ayırdı | Banco.az

Məşhur milyarder uzun tənqidlərdən sonra 10 milyard dollar vəsait ayırdı

“Amazon” şirkətinin direktoru Ceff Bezos Instagram hesabında bildirib ki, iqlim dəyişikliyinin təsiri ilə mübarizə aparan elm adamlarının, fəalların və qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinə 10 milyard dollar vəsait ayıracaq.

O, qeyd edib: “İqlim dəyişikliyi planetimiz üçün ən böyük təhlükədir. Hamımızın yaşadığımız planetdə iqlim dəyişikliyinin dağıdıcı təsirinə qarşı mübarizə aparmaq üçün mövcud olan metodları təkmilləşdirmək və yenilərini araşdırmaq üçün əməkdaşlıq etmək istəyirəm”.

Biznesmenin “Bezos Earth Fund” adlandırdığı fonda yatırılmış ilk 10 milyard dollar bu yay qrantlara sərf olunacaq. “Biz planeti xilas edə bilərik. Bunun üçün böyük və kiçik şirkətlərin, milli dövlətlərin, qlobal təşkilatların və ayrı-ayrı şəxslərin qarşılıqlı fəaliyyəti tələb olunur. Yer hamımızı birləşdirən yeganə şeydir”, deyə Bezos vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

BBC qeyd edir ki, Ceff Bezosun sərvəti 130 milyard dollardan çox qiymətləndirilir. Bezos xeyriyyə işlərində fəal iştirak etmədiyi üçün dəfələrlə tənqid edilib. Dünyanın ən varlı adamı kimi tanınan Bezos 2018-ci ildə top-50 milyonçu-xeyriyyəçi siyahısında 23-cü yeri tutub.

Milyarder ən böyük ianəsini 2018-ci ilin sentyabrında etmişdi. O, evsiz ailələrə yardım və məktəblərin maliyyələşdirilməsi məqsədiylə 2 milyard dollar vəsait ayırmışdı. Xatırladaq ki, sahibkar “Giving Pledge”i (planetin ən varlı insanlarının həyatları boyu sərvətlərinin yarısını ianə etməyə söz verdiyinə dair and) imzalamayıb.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et