Məşhur markaya məxsus mağazalar BAĞLANIR - SƏBƏB | Banco.az

Məşhur markaya məxsus mağazalar BAĞLANIR - SƏBƏB

ABŞ-ın nəhəng moda markası “Forever 21” ötən bazar günü iflasa uğradığını bəyan edib.

Banco.az xəbər verir ki, ABŞ-dakı 178 mağazanın bağlanılması üçün təsdiq tələb olunduğu barəsində şirkət açıqlama verib. Eyni zamanda Kanadada yerləşən törəmə şirkətin də iflas üçün müraciət etdiyi və ölkədə 44 mağazanın bağlanacağı qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Forever 21” Meksika və Latın Amerikasında fəaliyyətlərini davam etdirəcək.

Şirkət Asiya və Avropada da bir çox mağazasını bağlamağı planlaşdırır. 1984-cü ildə qurulan şirkətin 57 ölkədə 815 mağazası var.

Qeyd edək ki, “Forever 21” ilə yanaşı 2017-ci ilin ilk rübündən bu yana ABŞ-ın 20 pərakəndə şirkəti iflas üçün müraciət edib.

Aida İSAQ, Banco.az