Məşhur iqtisadçı Bitcoin üçün 10.000 dollara işarə etdi! | Banco.az

Məşhur iqtisadçı Bitcoin üçün 10.000 dollara işarə etdi!

Müəllif Fərid İslamov, Banco.az

Məşhur iqtisadçı Bitcoin üçün 10.000 dollara işarə etdi!

Bitcoin haqqında tez-tez nikbin açıqlamalar verən məşhur iqtisadçı və yazıçı Kiyosaki BTC üçün 10.000 dollar səviyyəsinə işarə edib. Böyük bir reputasiya ilə daşınmaz əmlak, qızıl və kriptovalyutalarla bağlı qiymətləndirmələr edən və “Zəngin ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosaki Bitcoin (BTC) haqqında diqqətçəkən açıqlamalar verib. BTC-nin qiyməti ilə bağlı şərhində o, mövcud qiymətdən qətiyyən narahat olmadığını, əksinə həyəcanlı olduğunu vurğulayıb.

Kiyosaki Twitter-dəki paylaşımında qızıl və gümüşlə yanaşı Bitcoin-ə də sərmayə qoyduğunu bildirib. Daha əvvəl paylaşdığı tvitində o, indi daşınmaz əmlak sənayesi əvəzinə Bicoin-ə üstünlük verdiyini paylaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

2020-ci ildən bəri BTC ilə bağlı müsbət yazılar yazan və investorlarına məlumat verən Kiyosaki, Bitcoin-in bu gün payında dibi vurmasını səbirsizliklə gözlədiyini söylədi. İqtisadçı BTC-nin 10.000-12.000 dollar arasında olacağını gözlədiyinə işarə etdi.

O qeyd edib ki, bu baş verəndə BTC-yə sərmayə qoyduğu üçün narahat olmayacaq, həyəcanlanacaq.

İqtisadçı uzun müddətdir ki, BTC ilə bağlı müsbət qiymətləndirmələri ilə diqqət çəkir.

Oktyabr ayında verdiyi açıqlamada o, hər şeyin çökməsinə baxmayaraq, BTC-nin dayanacağını söylədi. Ən pis hallarda belə BTC haqqında optimist şərhlər edən Kiyosaki, hər şeyə baxmayaraq BTC-nin doğru investisiya aləti olduğunu vurğulayır.