Müəllif - Aida İsaq, Banco.az
Məşhur investor Rey Dalio “Silikon Vadisi Bankı”nın (SVB) çökməsini gözlənilən ciddi böhranın ilkin əlaməti adlandırıb.
Banco.az xəbər verir ki, “Bridgewater Associats” investisiya şirkətinin təsisçisi nəticələrin təkcə vençur kapitalı investisiyaları sahəsində deyil, bütün maliyyə sektorunda hiss olunacağını bildirib. Milyarderin sözlərinə görə, gələcəkdə ABŞ-da mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi pul siyasətini sərtləşdirməyə davam edəcək. Nəticədə daha bir neçə şirkət iflas olmaqla üzləşə bilər.
Qeyd edək ki, “Silikon Vadisi Bankı” 2008-ci il maliyyə böhranından sonra iflasa uğrayan ən böyük bank olub.
Bizi sosial şəbəkələrdən izləyin!!