Məşhur çimərlik kurortu peyvənd olunmuş turistlər üçün məhdudiyyətləri yumşaldır | Banco.az

Məşhur çimərlik kurortu peyvənd olunmuş turistlər üçün məhdudiyyətləri yumşaldır

Mavriki hakimiyyəti sentyabrın 1-dən etibarən peyvənd olunmuş turistlər üçün məhdudiyyətləri yumşaldacaq.

Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOP) saytında məlumat verilib.

Bundan sonra çimərlikləri ilə məşhur olan bu ölkəyə gələn peyvənd olunmuş turistlər 14 yox, 8 gün qaldıqları oteli tərk edə bilməyəcəklər. Bununla belə, onlar hovuz və çimərlik də daxil olmaqla bütün xidmətlərdən istifadə edə biləcəklər.

Peyvənd olunmamış turistlər isə əvvəlki kimi 14 gün ərzində karantinə alınacaqlar.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et