Məşhur brendlərə məxsus avtosalonların üzərinə sarı boya tökülüb | Banco.az

Məşhur brendlərə məxsus avtosalonların üzərinə sarı boya tökülüb

Müəllif - Aida İsaq, Banco.az

Londonda "Bentley" və "Ferrari" salonlarının fasadlarına boya səpən iki "Just Stop Oil" fəalı həbs edilib. 

Banco.az xəbər verir ki, aksiya iştirakçılarının əlində sarı boya ilə dolu iri qutular olub. Gənclər aksiya öncəsi çıxış edərək, iqlim böhranının dağıdıcı təsirlərindən başqaları əziyyət çəkib həyatını itirərkən dəbdəbəli avtomobil alanları qınayıblar. Neft fəalları Britaniya hökumətindən Şimal dənizindəki neft yataqlarının işlənməsi üçün yeni lisenziyaların verilməsindən imtina etməyi tələb edirlər.

Polis fəalları həbs edib və onlar əmlaka ziyan vurmaqda ittiham olunur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram