Məşhur brend marketinq xərclərini azaldır | Banco.az

Məşhur brend marketinq xərclərini azaldır

Dünyanın ən nəhəng reklamverən şirkəti olan “Procter & Gamble” (P & G) 2017-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Facemark.az xəbər verir ki, şirkətin hesabatına görə, kampaniya növbəti illər üçün brendin təşviqi xərclərinə qənaət edəcək.

Hesabata görə, şirkət 2017-ci ildən 2021-ci ilə qədər 4 istiqamət üzrə xərcləri 10 milyard dollara qədər azaldacaq. Həmin istiqamətlər isə malların maya dəyəri, ticarət, istehsal və marketinqdir.

Şirkət elan edib ki, media, agentlik komissiyası və reklam istehsal xərcləri də qənaət ediləcək sahələrdən olacaq.

Bu halda P&G satışların nöqtələrində reklamın effektivliyini qaldırmağı, promo-irəliləyişi və istehlakçıya birbaşa yol proqramlarını inkişaf etdirməyi planlaşdırır. (Direct-To-Consumer)

Ən sərfəli kredit üçün müraciət et

Xərclərin optimalaşdırılması məqəsdi ilə, korporasiya 2017-ci ildə qlobal reklam büdcəsini ötən ilə nisbətən 1,7% azaldaraq 7,1 milyarda çatdırıb. 2017-ci ildə bu göstərici 2015-ci ildən də aşağı düşüb-0,8%.

Həmçinin, “Procter & Gamble” ötən ilin yay ayında qlobal reklam büdcəsini rekord həcmində azaldıb. 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayına qədər qlobal xərclər 7,12 milyard dollara düşüb. Bu isə şirkətin tarixində son 11 ildə ən aşağı göstəricidir. Bir il ərzində orqanik satışlar cəmi 2% artıb. Koorporasiyanın əməliyyat gəlirləri 2016-cı ildə 13,4 milyard dollardan, 2017-ci ildə 14 milyard dollara qədər yüksəlib.

Ən sərfəli krediti almaq üçün müraciət et