Mərkəzi bankların yeni strategiyaları maliyyə bazarlarını çökdürə bilər | Banco.az

Mərkəzi bankların yeni strategiyaları maliyyə bazarlarını çökdürə bilər

Dünyanın aparıcı mərkəzi banklarının yeni strategiyaya keçidi maliyyə bazarlarında böhran yarada bilər. "Report"un analitik qrupu bildirir ki, sentyabr ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED) balansında olan aktivləri satışa çıxarması, ilin sonuna qədər isə Avropa Mərkəzi Bankının (ECB) monetar ekspansiyanı dayandırması gözlənilir. Xatırladaq ki, hazırda dünyanın aparıcı mərkəzi bankları maliyyə bazarlarına 150-160 mlrd. ABŞ dolları həcmində əlavə likvidlik daxil edir. Məhz bu səbəbdən qlobal maliyyə sistemi və fond birjaları sabitlik qazana bilib.

"Report"un analitik qrupu bildirir ki, FED-in sentyabrda keçiriləcək növbəti iclasında balansını ilkin mərhələdə ayda 10 mlrd. dollar azaltma qərarı verməsi gözlənilir. Bu vəsaitin 6 mlrd. dolları dövlət, 4 mlrd. dolları isə ipoteka qiymətli kağızlarına aid olacaq. Tədricən məbləğin müvafiq olaraq ayda 30 mlrd. və 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur. Bununla yanaşı FED-in ilin sonuna qədər ümumi borcunun 2,5%-ə yaxın həcmdə, yəni 501 mlrd. dollarlıq istiqraz yerləşdirərək borclanması gözlənilir. Nəticədə, inkişaf etməkdə olan maliyyə bazarlarından vəsaitin çıxaraq ABŞ istiqrazlarına axması gözlənilir. Atılan addımlar maliyyə bazarlarında likvidliyin azalmasına, bunun da nəticəsində bir çox valyutanın dollarla müqayisədə devalvasiyasına və tarixinin maksimal həddinə yaxın olan fond birjalarında kəskin azalmaya gətirib çıxaracağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

"Bu səbəbdən əmtəə qiymətlərinin, əsasən də neftin qiymətinin 2019-cu ilin sonuna qədər yüksək olacağını ehtimal edirik. Buna səbəb kimi yüksək neft qiymətlərinin inflyasiyanı qlobal miqyasda sürətləndirməsi və mərkəzi bankların sərt monetar siyasət həyata keçirməsinə imkan yaratması amillərini göstərmək olar", - deyə "Report"un analitik qrupu qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et