Banco.az Mərkəzi Bankın statistik məlumatlarına əsasən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir.
Belə ki, 2016-ci il 1 fevral üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 4 milyard 398,5 min dollar təşkil etmişdir ki, bu da dekabr ayının sonu ilə müqayisədə 618,2 mln. manat və ya 4,88% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8 mlrd. 282,3 mln. dollar və ya 2,9 dəfə azalıb.
30 dekabrda valyuta ehtiyatları 5 milyard 016,7 milyon dollar olub.
Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib.