Mərkəzi Bankın valyuta ehtiyatları artıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

"Banco.az" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci il yanvar ayının 31-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 327,2 mln. dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8,9% və ya 352,8 mln. dollar çoxdur. Yanvar ayının 1-ə tənzimləyicinin ehtiyatları 3 mlrd. 974,4 mln. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 1,62% və ya 71,3 mln. dollar azalma olub.