Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib | Banco.az

Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AMB-dən Banco.az-a verilən məlumata görə, görüş zamanı DB-nin Azərbaycanda həyata keçirilən proqramı və əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Nümayəndə heyətinin rəhbəri Siril Müller təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirdi. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın fəal iştirakını vurğuladı. S.Müller ölkəmizin, o cümlədən Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək bu əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkdi.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verdi. Qeyd etdi ki, bu tədbirlər ölkə Prezidentinin qəbul etdiyi inkişaf strategiyasına uyğun xüsusi proqramlar şəklində həyata keçirilir. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.

Söhbət zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et