Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

07 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50200479S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6193  AZN (6.00%) və 99.1464 AZN (3.69%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 265,371,800.0 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.1440 AZN (3.70%), orta ölçülmüş qiyməti 99.1457 AZN (3.69%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 000 000.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 04.05.2020

Ən sərfəli krediti almaq üçün müraciət et