13 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101879S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 4 investor tərəfindən qiymət aralığı 99.4585 AZN (7.00%) və 99.4773 AZN (6.76%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136,530,600.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4585 AZN (7.00%), orta ölçülmüş qiyməti 99,4647 AZN (6.92%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 136,530,600.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 10.06.2020
Bizi sosial şəbəkələrdən izləyin!!