8 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101379S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,4400 AZN (7.24%) və 99,4773 AZN (6.76%) olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104.564.700,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4400 AZN (7.24%), orta ölçülmüş qiyməti 99,4605 AZN (6.97%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
100.000.000,00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 06.05.2020