Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2147024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banco.az Birjaya istinadla xəbər verir ki, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,609.8405 (8.7%) manat və 9,627.1099 (8.3%) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,440,000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,617.6100 (8.52%) manat və orta ölçülmüş qiyməti isə 9,620.0464 (8.46%) manat olaraq müəyyən edilib.

Qeyd edilib ki, hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 14.02.2024-cü ildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et