Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2140024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banco.az Birjaya istinadən xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,934.3998 (8.49%) manat və 9,936.0889 (8.27%) manat olan 6 sifariş təqdim edilib.  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,700,000 manat olub. 

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,935.8585 (8.3%) manat və orta ölçülmüş qiyməti 9,935.8978 (8.29%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 20.09.2023-cü ildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et