Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 13 dəfə artıb | Banco.az

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 13 dəfə artıb

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə artıb. 

Bu haqda Banco.az portalı Mərkəzi Bankın rəsmi statistikasına istinadən xəbər verir. Son iki ay ərzində Mərkəzi Bankın döviryyədə olan notlarının həcmi rekord səviyyədə 700 mln manat olmaqda davam edir. Ötən ilin Noyabr ayının 2-nə olan tarixdə dövriyyədə olan notların həcmi isə 50 mln manat idi. Ötən müddət ərzində Mərkəzi Bonk not emissiyasını mütəmadi olaraq artıraraq. banklara borclanmağa davam edib. Həmin dövr ərzində notlar üzrə faiz dərəcəsi isə 14,71%-dən 10,01%-ə enmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et