Mərkəzi Bankda struktur dəyişiklikləri aparılıb | Banco.az

Mərkəzi Bankda struktur dəyişiklikləri aparılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda dəyişiklik baş verib. AMB-nin Makroiqtisadi tədqiqatlar Departamenti ləğv edilərək onun bazasında İqtisadi təhlil Departamenti yaradılıb.

Həmçinin, İqtisadi inkişafın tədqiqatları Departamenti ləğv edilərək yerində Tədqiqatlar Departamenti yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Xudaverdi Bəşir oğlu Lazımov Sumqayıt Ehtiyat Mərkəzinin direktoru, Ülkər Həsən qızı Babyeva isə İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri təyin edilib.

Bununla da AMB-də olan departamentlərin ümumi sayı 22-dən 24-ə çatdırılıb.

Mənbə: Report.az